Bakıda iki məhkum həbsdə öldü

16:36 - 18 Mart 2023 - HADİSƏ

Bakıda həbsxanada iki məhkum ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində qeydə alınıb. Burada saxlanılanlar, məhkum Osmanov Hüseyn Əlhüseyn oğlu və Nurullayev İlkin Qabil oğlu dünyasını dəyişiblər.

Onların xəstəlik səbəbilə öldükləri deyilir.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər xətti