İnkassator avtomobili ata və azyaşlı qızını vurub, ölən var

15:43 - 17 Mart 2023 - HADİSƏ

Sabirabadda avtomobil ata və azyaşlı qızını vurub.

APA-nın xəbərinə görə, hadisə rayonun Beşdəli kəndində qeydə alınıb.

İnkassator avtomobili yolu keçən ata və qızını vurub. Nəticədə kişi hadisə yerində ölüb, azyaşlı qız isə ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti