Çavuşoğlu Finlandiyanın xarici işlər naziri ilə NATO-nun genişlənməsini müzakirə edib

14:27 - 17 Mart 2023 - SİYASƏT

Çavuşoğlu Finlandiyanın xarici işlər naziri Haavisto ilə NATO-nun genişlənməsini müzakirə edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter hesabında bildirib. 

“Biz Finlandiyanın xarici işlər naziri ilə görüşdük. Biz NATO-nun genişlənməsini müzakirə etdik”, - deyə türkiyəli nazir bildirib.

Çavuşoğlu başqa təfərrüat açıqlamayıb.

O, fevral ayında Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra göstərilən dəstəyə görə də minnətdarlığını bildirib.

Xəbər xətti