Rusiya prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevlə telefonla danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Məlumata görə, Prezidentlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında məlum üçtərəfli sazişlərə uyğun olaraq Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsi üzrə praktiki tədbirləri müzakirə ediblər.
Söhbət zamanı regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafı ilə bağlı da fikir mübadiləsi aparılıb.