İsrailin İrana hücumu zamanı Azərbaycan aerodromlarından istifadə edilməyəcək

13:01 - 10 Mart 2023 - SİYASƏT

İsrailin İrana ola biləcək hücumu zamanı Azərbaycandan havadan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verilməyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov "The Jerusalem Post"a açıqlamasında bildirib. 

Səfir eyni zamanda bu ayın əvvəlində “Haaretz” qəzetinin ölkənin İranın nüvə obyektlərinə hücum etməyə qərar verəcəyi təqdirdə İsrailə yardım etmək üçün aerodrom hazırlaması ilə bağlı xəbərini təkzib edib. 
“Azərbaycan əvvəlcədən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək. Xarici medianın iddia etdiyi xəbərlər yalandır”, - deyə səfir qeyd edib.

Xəbər xətti