XİN Nikol Paşinyana cavab verib

22:40 - 6 Mart 2023 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Ermınistan Baş naziri Nikol Paşinyana cavab verib.

Ucnoqta.az xəbər verir ki, o, Nikol Paşinyanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsində erməni silahlı dəstələrinin təxribatını təhrif etdiyini bildirib.

“Cənab Baş nazir Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların köçürülməsi və mülki əhalinin öldürülməsi yolu ilə suverenliyini və ərazi bütövlüyünü tanıdığınız Azərbaycana qarşı bədnam siyasətin və hərbi təcavüzün davamıdır”.

O qeyd edib ki, Azərbaycan Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaqla öz suveren ərazilərində qayda və nizamı bərqərar edir.

Xəbər xətti