Martın 5-də baş verən insident Bakı ilə İrəvan arasında danışıqların irəliləyişinin zəruriliyindən xəbər verir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter səhifəsində yazıb.
O, ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın fevralda Münhen görüşündən sonra sülh prosesinin irəliləməsi üçün Bakıda Azərbaycan rəhbərliyi ilə substantiv müzakirələr aparacağını gözlədiyini bildirib.
"Bugünkü ölümcül insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqların irəliləməsinə təcili ehtiyac olduğunu göstərir", - Klaar bildirib.