NATO ölkələri artıq Ukraynanı qəbul etməyə razılaşıblar
Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. NATO baş katibinin sözlərinə görə, alyans ölkələri Ukraynanın NATO-ya qəbulu ilə bağlı razılığa gəliblər, lakin hazırda bu məsələ gündəmdə deyil. Çünki NATO-nun hazırkı vəzifəsi Ukraynaya öz suverenliyini və müstəqilliyini müdafiə etməkdə kömək etməkdir.
Stoltenberq qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra NATO “Kiyevin hərbi imkanlarını” gücləndirməklə münaqişənin təkrarlanmasının qarşısını almaq niyyətindədir.