"Cəzasızlığa son qoyulmalıdır" -  Hikmət Hacıyev

13:35 - 26 Fevral 2023 - SİYASƏT

“366-cı Sovet hərbi alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinin qəsdən, amansızcasına qətlə yetirilməsi müharibə cinayəti, insanlığa qarşı cinayət, soyqırım aktıdır”.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb.

"Cəzasızlığa son qoyulmalıdır!" - yazan H.Hacıyev CBC televiziya kanalına verdiyi müsahibəni paylaşıb.

#JusticeforKhojaly #XocalıyaƏdalət
Deliberat/merciless massacre and killing of civilian population of Khojaly town of Azerbaijan by armed forces of Armenia supported by the 366th Soviet military regiment is #warcrime, crime against humanity, act of #genocide. Impunity must end! pic.twitter.com/fco8lf7mDe — Hikmet Hajiyev (@HikmetHajiyev) February 26, 2023

Xəbər xətti