Toivo Klaarın Azərbaycana səfərinə hazırlıq gedir

12:54 - 24 Fevral 2023 - SİYASƏT

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən həftə Münhendə liderlərin görüşlərindən sonra Ermənistan rəhbərliyi ilə yüksək səviyyəli məsləhətləşmələr aparmaq üçün İrəvandadır.

Toivo Klaarın ofisindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan rəhbərliyi ilə analoji yüksək səviyyəli məsləhətləşmələr aparmaq üçün xüsusi nümayəndənin Bakıya səfərinə hazırlıq gedir.

“Ümid edirik ki, yaxın gələcəkdə səfər baş tutacaq”, - qeyd olunub.

Xəbər xətti