"Hər hansı bir blokadadan söhbət gedə bilməz" - Prezident

20:22 - 18 Fevral 2023 - SİYASƏT

"Ümumiyyətlə "Dağlıq Qarabağ" ifadəsi yoxdur! Azərbaycanda heç bir "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi mövcud deyil".

Ucnoqta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Münhendə deyib: 

"Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin avtomobilləri keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır.Tərəfdaşlarımızdan xahiş edərdim ki, Azərbaycanın ərazi bütövlüyünə və konstitusiyasına hörmət eləsinlər.  Azərbaycanın Qarabağ regionu mövcuddur. Orada Ermənistan sakinləri yaşayır. Biz haradansa göndərilən şəxslə (Vardanyan) danışıqlar aparmayacağıq.

Həmin şəxsin Qarabağdan İrəvana getməsi, oradan Rusiyaya getməsi. Sonra İrəvana və Qarabağa qayıtması bir daha onu sübut edir ki, heç bir blokadadan söhbət gedə bilməz."

Xəbər xətti