Biz Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünü Moskvada təşkil etməyə hazırıq
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Zaxarova qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyində maraqlı olduğunu bildirib:
“Sülh müqaviləsinin həssaslığını nəzərə alaraq, məsləhətləşmələrin təfərrüatlarına varmayacağam. Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü Moskvada təşkil etməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”.