"Əgər kimlərsə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərinə zərbə vurubsa, o zaman ABŞ başda olmaqla, Qərb dövlətləridir"
Ucnoqta.az xəbər verir ki, bu fikirləri Rusiya XİN sözçüsü brifinqdə deyib. Mariya Zaxarova bildirib ki, ATƏT-in Minsk Qrupunun formatı ötən ilin fevralında tarixin zibilliyinə atılıb. Sonra amerikalı və fransalı həmsədrlər uydurma bir bəhanə ilə rusiyalı həmkarı ilə əlaqəni dayandırdılar.
"Bunun aydın izahı yox idi. Bunu nəzərə alaraq, biz diqqətimizi ən yüksək səviyyədə müvafiq sazişlər toplusu əsasında üçtərəfli formatlar çərçivəsində İrəvan və Bakıya yardım göstərməyə yönəltmişik" - Zaxarova qeyd edib.