Paşinyan-Əliyev görüşü qəti olaraq bu günə təyin edilməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Paşinyan Administrasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Armen Xaçatryan MediaHub.am saytına müsahibəsində bildirib.
Xatırladaq ki, hazırda həm Nikol Paşinyan, həm də İlham Əliyev fevralın 17-19-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhendə işgüzar səfərdədirlər.