Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Bu barədə Ucnoqta.az-a qurumdan bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.
09:48
Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı artıb.
APA-nın məlumatına görə, həkimlərin səyinə baxmayaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərdən biri də dünyasını dəyişib.
Qəzaya düşən şəxslərin Siyəzənə dərs deməyə gələn müəllimlərin olduğu bildirilir.
09:27
Siyəzəndə ağır yol qəzası baş verib.
Bu barədə Ucnoqta.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Belə ki, Bakı-Quba yolunun 99-cu km-də "Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Mercedes"də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.