Xəbər verdiyimiz kimi Kahramanmaraşda baş verən zəlzələlərdən sonra NATO-nun baş katibi Yens Stoltenberq dəstək üçün Türkiyəyə gəlib.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Ərdoğan NATO-nun baş katibi Stoltenberqlə görüşüb.
Görüş mətbuata qapalı keçirilib. Görüş zamanı Stoltenberqin Ərdoğana və türk xalqına zəlzələ ilə bağlı "tezliklə sağalmaq" arzularını çatdırdığı öyrənilib.