Mirzoyan Çavuşoğlu ilə Ermənistan-Türkiyə sərhədinin açılmasını müzakirə edib

14:45 - 15 Fevral 2023 - SİYASƏT

Mirzoyan Çavuşoğlu ilə görüşdə Ermənistan-Türkiyə sərhədinin açılmasının təfərrüatlarını müzakirə edib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi brifinqdə deyib:
“Mən Ermənistanın regionda sülhün bərqərar olmasına, xüsusən də Türkiyə ilə münasibətlərin tam şəkildə normallaşdırılmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hazır olduğunu və istəyini bir daha təsdiqləmək istəyirəm”.

O, qeyd edib ki, Çavuşoğlu ilə bu prosesin detalları müzakirə olunub.

"Ani körpüsünün birgə səylərlə təmiri, eləcə də sərhədlərin açılması ərəfəsində infrastrukturla bağlı razılaşma var", - Mirzoyan bildirib.

Xəbər xətti