İlan həvəskarı kobranı öpdü və onun dişləməsindən ölüb

21:39 - 9 Fevral 2023 - MARAQLI

Hindistanın Santoş adlı sakini kobra tutub və onun dişləməsindən ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Carxand əyalətinin Camua kəndində ilan həvəskarı kobra tapıb. O, boynuna zəhərli ilanı taxıb, kənd camaatına göstərərək onu əllərində bükməyə başladı. Daha sonra Santoş kobranın başına bir neçə dəfə vurub öpdü. Təhlükəni hiss edən ilan qəfildən kişinin barmağını dişləyib.

Santoşun vəziyyəti sürətlə pisləşməyə başladı. O,  xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Atasının dediyinə görə, mərhumun həmişə zəhərli ilanlara həvəsi olub.

 

Xəbər xətti