Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

20:47 - 9 Fevral 2023 - SİYASƏT

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefonla danışıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazir Tvitterdə bildirib.

Danışıq zamanı nazir bir daha Laçın yolundakı etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb və Azərbaycanın sülh prosesinə sadiqliyini xatırladıb.

Xəbər xətti