Türkiyədə zəlzələ qurbanlarının sayı 16 mini ötdü - YENİLƏNİB

18:05 - 9 Fevral 2023 - DÜNYA

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb. 

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə çıxışında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb.

13:22

Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.


Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

AFAD-ın məlumatına görə, 12 873 nəfər həlak olub, 62 937 xəsarət alıb.

Xatırladaq ki, Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. 

Xəbər xətti