Vətən müharibəsi şəhidinin borcu “YAŞAT” Fondu tərəfindən ödənilib - Video

13:09 - 9 Fevral 2023 - Cəmiyyət

“YAŞAT” Fondu Vətən müharibəsinə yollanan, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Eldar Həsənlinin borc öhdəliklərini qarşılayıb.

Bu barədə Fonddan məlumat verilib.

Bildirilir ki, şəhidin ailəsinin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb, tibbi xərcləri, borc öhdəlikləri qarşılanıb və dünyaya gələn övladı üçün depozit hesabı açılaraq 5 000 AZN vəsait onun hesabına yerləşdirilib.

Xəbər xətti