Ukraynada həlak olan rus generallarının sayı açıqlanıb

13:02 - 9 Fevral 2023 - DÜNYA

Ukraynada Rusiya ordusunun 20-dən çox generalı həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yapon kəşfiyyatçıları bildirib. Yaponiya Quru Qoşunlarının keçmiş Baş Qərargah rəisi, istefada olan general Kiefumi İvat bu rəqəmlərin daha böyük olduğunu deyib.

O qeyd edib ki, generallar arasında ölüm əsgərlərin mənəvi hazırlığına mənfi təsir edir.

Yapon kəşfiyyatının versiyasına görə, Ukrayna Silahlı Qüvvələri rus qoşunlarının komandanlığını aşkar etmək üçün mobil telefon siqnallarından istifadə edə bilər.

Xəbər xətti