Honduras sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

21:09 - 8 Fevral 2023 - DÜNYA

Honduras sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 130 min nəfər əhalisi olan La Seiba şəhərindən 127 km şimal-şərqdə yerləşib. Yeraltı təkanlar 2 km dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Xəbər xətti