Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edildi

16:26 - 8 Fevral 2023 - Xəbər

Ermənistan parlament Seyran Ohanyana qarşı cinayət təqibinə icazə verib

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, hər üç vəsatət üzrə deputatlar gizli səsvermə yolu ilə müsbət rəy veriblər.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət təqibinin başlanması məsələsini müzakirə edib.

İclasda Ermənistanın baş prokuroru Anna Vardapetyanın Ermənistan müxalifət fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə vəsatətlərini müzakirə edib.

Ohanyan xüsusilə böyük miqyasda mənimsəmə və mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Xəbər xətti