"Ukraynanın köməyinə ilk gələnlərdən biri Böyük Britaniya oldu" - Zelenski

15:40 - 8 Fevral 2023 - DÜNYA

Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Zelenski bu gün Böyük Britaniyaya səfər edib. Onu hava limanında Baş nazir Rişi Sunakla yanaşı, müdafiə naziri Ben Uolles, Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko və Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons da qarşılayıb.

Ucnoqta.az xəbər verir ki, Zelenski hava limanında Rişi Sunakla görüşün fotosunu paylaşıb.

  "Ukraynanın köməyinə ilk gələnlərdən biri Böyük Britaniya oldu. Və bu gün mən Britaniya xalqına göstərdiyi dəstəyə və baş nazir Rişi Sunaka rəhbərliyinə görə şəxsən təşəkkür etmək üçün Londondayam", - Zelenski yazıb.

Ruhəngiz

Xəbər xətti