"Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir".
“Report”un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə bildirib.
"Azərbaycan qardaş Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, stollar, oturacaqlar və digər avadanlıqlardan ibarət təyyarələr və xüsusi maşınlar göndərir. İndiyədək 470 nəfərdən çox xilasedici və tibb heyəti göndərilib", - XİN rəsmisi qeyd edib.
Preparations for next aid is underway. #Azerbaijan is sending planes & special vehicles that will include tents, bedding, heaters, tables, seats and other equipment for the victims of earthquake in brotherly #Türkiye