Fransanın “Charlie Hebdo” jurnalı sosial şəbəkələrdə Türkiyədəki zəlzələlərlə bağlı paylaşımı böyük reaksiyaya səbəb olub.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Məhəmməd peyğəmbərin ünvanına təhqiramiz karikaturalar dərc edən “Charlie Hebdo” bu dəfə Türkiyədə minlərlə insanın həyatını itirdiyi zəlzələləri nifrət dolu ifadələrlə karikaturaya çəkib.
Jurnalın "Tvitter" hesabında "Türkiyədə zəlzələ" başlıqlı yazıda "Tank göndərməyə ehtiyac yoxdur" yazaraq karikatura paylaşılıb.
Bu paylaşım sosial mediada böyük əks-səda doğurub.