Qazaxıstandan Azərbaycana buğda ixracı artıb

13:30 - 7 Fevral 2023 - İQTİSADİYYAT

2022-ci ildə Qazaxıstandan Azərbaycana buğda ixracı 3,7 dəfə (69,9 milyon dollarlıq) artıb.

Ucnoqta.az xəbər verir ki, 2022-ci ildə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin ümumi həcminin 461,9 milyon ABŞ dolları təşkil edib. Bu da bir il öncəki göstərici ilə müqayisədə 39 faiz (332,2 milyon dollar) çoxdur.

Son bir ildə Qazaxıstandan Azərbaycana ixrac təxminən 30 faiz (375,3 milyon dollar), Azərbaycandan idxal isə 95 faiz artaraq 86,6 milyon dollara çatıb.

Hesabatda həmçinin Azərbaycandan Qazaxıstana şəkər tədarükünün əhəmiyyətli dərəcədə artdığı (147,2 dəfə - 13,6 milyon dollarlıq) qeyd olunur.

Xəbər xətti