Cəndarisdə 84 bina uçub

13:51 - 7 Fevral 2023 - DÜNYA

Suriyanın şimalında Hələb əyalətinin Cəndaris şəhərində ən azı 84 ev uçub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, xilasedicilər 84 binadan yalnız 12-nin xarabalıqlarına çata biliblər. Kanal qeyd edir ki, evləri dağılan sakinlər açıq havada yatıblar.

Binaların dağılması nəticəsində mümkün itkilər də daxil olmaqla, əlavə təfərrüatlar verilmir.

Xəbər xətti