Plastik cərrahiyyə əməliyyatlarına milyonlar xərcləyən 30 yaşlı kanadalı model Meri Maqdalena sinə implantı cırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
İmplantın cırılmasının səbəbi məlum deyil. Maqdalenanın dediyinə görə, implantın yırtılması zamanı ağrı hiss etməyib və nə baş verdiyini yalnız partlamanın “səs”ini eşidəndə anlayıb.
Model baş verənləri on ildən çox transformasiyadan sonra təbiliyə qayıtmalı olduğuna işarə hesab edir. Yaxın vaxtlarda o, hər iki döş implantını çıxarmaq üçün əməliyyat keçirməyi planlaşdırır.
"Mən təkcə sinənin deyil, bədənin digər hissələrinin də təbii görünüşünə qayıdacağam"- model deyib.
Maqdalen ilk dəfə 21 yaşında plastik əməliyyat keçirib. Son bir neçə il ərzində o, çini örtüklər, qaş qaldırma, piylənmə, bir neçə burun və döş qəfəsi əməliyyatları, çənənin liposaksiyası və s. əməliyyatlar etdirib.
Bu əməliyyatlar onda çoxsaylı sağlamlıq fəsadlarına səbəb olubş Belə ki, 2022-ci ilin aprelində model çoxlu sayda dodaq əməliyyatları səbəbindən daha ağzını bağlaya bilməyəcəyini söyləmişdi. Sentyabrda isə böyük döşlərinə görə yalnız əlil arabasında hərəkət etmək məcburiyyətində qaldığını bildirmişdi.