Şəki - Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində laborant, kitabxanaçı, katibə-makinaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
Ucnoqta.az xəbər verir ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 6-21 fevral 2023-cü il tarixlərində https://forms.gle/rkUpPYxTUYzy2hyK7 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Həmçinin aşağıdakı keçiddən istifadə edərək Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz:
https://drive.google.com/.../1pdRQSkXoLrLKNyoHp4W.../view...
Məlumat üçün bildirək ki, imtahana qədər yeni vakant yerlər siyahıya əlavə olunacaq.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək. Test imtahanı 50 sualdan ibarət olmaqla 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürün yoxlanılması üzrə təqdim ediləcək.
Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramı ilə bu linkdən tanış ola bilərsiniz.