Putin və Ərdoğan arasında telefon danışığı olub

19:10 - 6 Fevral 2023 - DÜNYA

Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Rusiyanın zəlzələlərin nəticələrinin aradan qaldırılmasında Türkiyəyə yardım etməyə hazır olduğunu bildirib. 

Rusiya dövlətinin başçısı çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələlərlə əlaqədar həmkarına da dərin hüznlə başsağlığı verib.

Ərdoğan cavabında Putinə "çevik və səmimi reaksiyaya görə təşəkkür edib və ölkənin səlahiyyətli idarələrinə rus xilasedicilərinin köməyini qəbul etməyi tapşırdığını" bildirib.

Xəbər xətti