Parisdə keçirilən “Böyük Dəbilqə” yarışından sonra cüdo üzrə Azərbaycan yığması təlim-məşq toplanışı üçün Fransa paytaxtında qalıb.
Ucnoqta.az xəbər verir ki, təlim-məşq toplanışı Beynəlxalq Federasiyanın himayəsi altında keçirilir. Bu toplantiya 59 ölkədən 458 idmançının qatılıb və fevralın 9-dək davam edəcək.
Xatırladaq ki, Böyük Dəbilqə yarışlarının nəticələrinə görə Balabəy Ağayev (60 kq) çempion, Murad Fətiyev (90 kq) gümüş, Zelim Kotsoyev (100 kq) isə bürünc medal qazanıb.