Bakıdan İstanbula uçan təyyarə Ankaraya endi

21:55 - 5 Fevral 2023 - Xəbər

"Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.
Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

Xəbər xətti