Bu gün xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyə hücum zamanı yaralanan Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Tvitter"-də paylaşım edib.
Nazir hazırda vəziyyətləri qənaətbəxş hesab olunan həmkarlarına şəfa arzulayıb.
Bu gün, xarici işlər naziri @Bayramov_Jeyhun 27 yanvar 2023-cü il tarixində @AzEmbIran-a qarşı törədilən terror aktı nəticəsində xəsarət almış həmkarlarımız Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib, hazırda vəziyyətləri qənaətbəxş hesab olunan həmkarlarımıza şəfa arzulayıb. pic.twitter.com/199WcbZPAT — MFA Azerbaijan