Lənkəranda avtomobilin vurduğu şəxs xəstəxanada öldü

15:19 - 4 Fevral 2023 - Cəmiyyət

Bir neçə gün bundan əvvəl Lənkəranda minik avtomobilinin vurduğu piyada ölüb.

APA xəbər verir ki, Lənkəranın Boladi kəndi ərazisində Şəhriyar Heydər oğlu Nəzərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi 1975-ci il təvəllüdlü Asif Babayevi vurub. O, müxtəlif dərəcəli xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə, sonra isə Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Asif Babayevi xilas etmək mümkün olmayıb. O, müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

 

Xəbər xətti