"Qarabağ" “Gent”lə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərdi - Şahruddinin əvəzinə ...

10:11 - 3 Fevral 2023 - İDMAN

“Qarabağ” klubu zədələnən Şahruddin Məhəmmədəliyevin yerinə yeni qapıçı transfer edə bilməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Belə ki, “Qarabağ” UEFA Konfrans Liqasında “Gent”ə qarşı keçirəcəyi oyunlar üçün qitə futbol qurumuna göndərdiyi iştirak ərizəsində Ayhan Arazlını sifariş edib.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov; 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.

Qeyd edək ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı fevralın 16-da evdə, fevralın 23-də isə səfərdə qarşılaşacaq.

Xəbər xətti