Avtomobil nəhəngi Tesla yüz milyonlarla dollar itirdi

17:00 - 1 Fevral 2023 - AVTO

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edilən şirkət hesabatına görə, avtomobil nəhəngi Tesla 2022-ci ildə kriptovalyutaların ucuzlaşmasından 204 milyon dollar itki qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bununla belə, bitkoinin konvertasiyasından əldə edilən gəlir Teslaya 64 milyon dollar gətirdi və bu, itkiləri qismən kompensasiya etməyə imkan verdi. Eyni zamanda, 2021-ci il üçün hesabata görə, şirkət rəqəmsal aktivlərin qiymətinin azalmasından 101 milyon dollar itirib və kriptovalyutaların satışından 128 milyon dollar gəlir əldə edib.

Avtomobil istehsalçısı qeyd edib ki, şirkətin aldığı bitkoinlər əbədi qeyri-maddi aktivlərdir və bazar qiymətinə uyğunluğunu müəyyən etmək üçün onların dəyəri vaxtaşırı yoxlanılır. Bu müddət ərzində digər aktivlərin bazar dəyəri artsa belə, bu, Teslanın qazanc məlumatlarına mənfi təsir göstərə bilər.

Emin

Xəbər xətti