Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi düşünmür
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib. Borell qeyd edib ki, Laçın yolundakı vəziyyətlə bağlı Azərbaycana qarşı sanksiyaların tətbiqi mümkünlüyü nəzərdən keçirilmir.
“Sanksiyalar Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə çatmaq üçün vasitələrindən sadəcə biridir və bu halda onlara baxılmır. Aİ-nin səyləri Ermənistan və Azərbaycan arasında dialoq yolu ilə həll yollarının tapılmasına yönəlib və hər iki ölkənin liderləri buna sadiqliklərini ifadə ediblər”, - Borrell Avropa Parlamentinin deputatı Asita Kankonun sorğusuna cavab olaraq bildirib.