Pakistanda partlayışda ölənlərin sayı 72-yə çatıb

08:39 - 31 Yanvar 2023 - HADİSƏ

Pakistanın Peşəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində azı 72 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Geo.tv kanalı xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Çərşənbə axşamı günü səhər saatlarında xilasedicilərin dağıntılar altından daha 9 cəsədi çıxarması nəticəsində Pişəvərdə polis bölməsinin içərisində izdihamlı məscidə törədilən dağıdıcı intihar hücumu nəticəsində ölənlərin sayı 72-yə çatıb. Daha 150 nəfərin yaralandığı qeyd edilir. Daha əvvəl 59 nəfərin öldüyü, 157 nəfərin yaralandığı bildirilirdi.

Milli təhlükəsizlik rəsmilərinin məlumatına görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.

Partlayış zamanı məsciddə 500-ə qədər adamın olduğu ehtimal edilir.

Xəbər xətti