Bu yollarda sıxlıq var - SİYAHI

08:29 - 31 Yanvar 2023 - Xəbər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda Bakı yollarında müşahidə olunan vəziyyəti açıqlayıb

Mərkəzdən Ucnoqta.az-a bildirilib ki, paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu " metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.

Xəbər xətti