Blinken İsrailə səfərə gəlib

17:14 - 30 Yanvar 2023 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi İsrailə səfər edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kan dövlət radiostansiyası məlumat yayıb.

Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq, daha sonra yəhudi dövlətinin prezidenti Yitzhak Hersoq da onu orada qəbul edəcək. Gözlənildiyi kimi, görüşlərin əsas mövzusu Fələstin-İsrail münaqişəsinin həlli yollarının axtarışı olacaq.

Emin

Xəbər xətti