Asiyanın ən varlı adamı milyardlarla dollar itirdi

18:15 - 30 Yanvar 2023 - MARAQLI

Asiyanın ən varlı adamı, hindistanlı milyarder Qautam Adaninin sahibi olduğu "Adani Group"un səhmlərinin ucuzlaşması üç gündə 72 milyard dollara çatıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Belə ki, yanvarın 30-da keçirilən ticarət zamanı “Adani Total Gas”ın dəyəri 20 faiz, “Adani Transmission”un dəyəri isə 15 faiz ucuzlaşıb. Agentlik qeyd edib ki, ən böyük holdinq şirkəti Adani Enterprises-in səhmlərinin qiyməti iki faiz azalıb, lakin sonradan dörd faiz artıma uyğunlaşa bilib.

“Adani Group”un səhmləri “Hindenburg Research” investisiya araşdırma qrupunun holdinqdəki vəziyyəti tənqid edən hesabatının yanvarın 24-də dərc olunmasından sonra düşməyə başlayıb. Analitiklər Adaninin şirkətlərinin fəaliyyətində şübhəli təcrübələr və maliyyə saxtakarlığı əlamətləri aşkar ediblər. Səhm qiymətlərinin çökməsi milyarderin 20 milyard dollardan çox sərvət itirməsi ilə nəticələnib.

Emin

Xəbər xətti