İşğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək.
Ucnoqta.az xəbər verir ki, bunu bu gün akademik Fəxrəddin Qədirov AMEA-nın Rəyasət heyətinin iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, 2022-ci ildə Azərbaycanda 12762 zəlzələ olub.
"Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 seysmik stansiyası var. Lakin bu rəqəm dəyişəcək. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək", - deyə o əlavə edib