Bakıda yaşayış evində yanğın olub

14:43 - 30 Yanvar 2023 - HADİSƏ

Bakı şəhərinin Binəqədi rayonunda yaşayış evində yanğın olub.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, ümumi sahəsi 180 kvadratmetr (hər mərtəbəsi 90 kvadratmetr, arakəsmə divarları və tavanı taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 32 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti