Rusiya İranda PUA hücumlarını pisləyib

13:55 - 30 Yanvar 2023 - DÜNYA

Moskva yanvarın 28-də İranın İsfahan əyalətində müdafiə zavoduna pilotsuz təyyarələrin hücumu kimi Yaxın Şərqdə nəzarətsiz eskalasiyaya səbəb ola biləcək istənilən təxribatı qətiyyətlə pisləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

"Biz onsuz da sakitlikdən uzaq bir bölgədə gərginliyin nəzarətsiz artmasına səbəb ola biləcək istənilən təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik. Bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Həm cəsarətli hücumun təşkilatçıları, həm də onların havadarları boş yerə İranın zəifləyəcəyinə ümid bəsləyirlər”, - Rusiya diplomatik xidməti bildirib.

Ruhəngiz

Xəbər xətti