Kaysedonun transfer qiyməti 70 milyona qaldırılıb

12:58 - 30 Yanvar 2023 - İDMAN

"Arsenal" klubu "Brayton"un yarımmüdafiəçisi Moises Kaysedonu transfer etmək istəyir.

Ucnoqta.az xəbər verir ki, londonlular 21 yaşlı Ekvador millisinin futbolçusu üçün bonuslarla birlikdə 70 milyon funt sterlinq təklif edib. Bu əvvəlki təklifdən 10 milyon funt sterlinq çox olsa da, “qağayılar” dərhal təklifdən imtina ediblər.

Bildirilir ki, yarımmüdafiəçi komandanın məşqindən yayınıb və artıq “Brayton”la ilə vidalaşıb. Görünür komandası təklifi rədd etsə də, o, “Arsenal”a keçməkdə maraqlıdır.

Pünhan

Xəbər xətti