“İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər”, - nazir müavini vurğulayıb.