Qəbələdə yol nəqliyyat hadisəsi baş verib.
APA-nin xəbərinə görə, “VAZ-2106” markalı avtomobil “Lada-Priora” markalı maşınla toqquşub.
Hadisə nəticəsində Qəbələ rayonunun Böyük Pirəli kənd sakini, 1951-ci il təvəllüdlü Qəribova Sahibə Vahid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.