“Azərbaycan səfirliyinə hücum bizi şoka salıb” - Rusiya XİN

11:31 - 27 Yanvar 2023 - Xəbər

“Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının öldürülməsi bizi şoka salıb”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında yazıb.

Diplomat azərbaycanlı həmkarlarına da başsağlığı verib və onlara dəstək olub.

Qeyd edək ki, cümə günü Tehranda Azərbaycan səfirliyinə silahlı hücum edilib. Hadisə nəticəsində mühafizə rəisi həlak olub, onun iki həmkarı yaralanıb.

Xəbər xətti